Zaporojie bölgəsinə Rusiyanın hücumu nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb
Zaporojie bölgəsinə Rusiyanın hücumu nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb

 

Ukraynanın Zaporojie bölgəsinə Rusiya ordusunun hücumu nəticəsində 2 nəfər həlak olub və 15 nəfər yaralanıb. Bu barədə Zaporojie vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

Fedorov deyib ki, gün ərzində rus hərbçilər Zaporojie vilayətinin 21 yaşayış məntəqəsinə 698 hücum həyata keçiriblər. Ümumilikdə, Zaporojie vilayətinə müxtəlif modifikasiyalı 484 pilotsuz uçuş aparatı ilə hücum ediblər.

Bundan başqa, yaşayış məntəqələri istiqamətində reaktiv yaylım atəşi sistemlərindən atəş açılıb, bu da bölgədə zərərə səbəb olub.

“Yaşayış binalarına, sosial və sənaye infrastrukturuna zərər dəyməsi ilə bağlı 105 bildiriş daxil olub” – İvan Fedorov qeyd edib.