Zaporojie Atom Elektrik Stansiyasının əməkdaşlarının istifadə etdiyi avtobus dayanacağında dron partlayışı nəticəsində bir nəfər həyatını itirib

20:59, 18.08.2026
FILE PHOTO: A Russian service member stands guard at a checkpoint near the Zaporizhzhia Nuclear Power Plant in the Zaporizhzhia region, Russian-controlled Ukraine, June 15, 2023. REUTERS/Alexander Ermochenko/File Photo

FILE PHOTO: A Russian service member stands guard at a checkpoint near the Zaporizhzhia Nuclear Power Plant in the Zaporizhzhia region, Russian-controlled Ukraine, June 15, 2023. REUTERS/Alexander Ermochenko/File Photo

 

Zaporojie Atom Elektrik Stansiyasının əməkdaşlarının istifadə etdiyi avtobus dayanacağında dron partlayışı nəticəsində bir nəfər həyatını itirib. Bu haqda məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi yayır.

Atom Elektrik Stansiyasının direktoru agentliyə məlumat verib ki, personal və subpodratçıların olduğu ərazidə baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

Atom Elektrik Stansiyasının direktoru bu hadisəni zavodun tarixində baş vermiş ən pis fakt kimi qiymətləndirib.

Atom Enerjisi Agentliyinə Atom Elektrik Stansiyasının sənaye zonasında hücumların olması barədə əlavə məlumat verilib. Nüvə təhlükəsizliyinə və ya mühafizəsinə zərər dəyməsi haqqında məlumat yayılmır.

“Baş direktor Rafael Qross bu əməllərə görə məsuliyyət daşıyan hərbi komandirləri, eləcə də atom elektrik stansiyalarını və/yaxud onların əməkdaşlarını hədəf alan bütün digər şəxsləri yeddi sütuna və beş prinsipə tamamilə zidd olan və münaqişə zamanı nüvə təhlükəsizliyinə böyük təhlükə yaradan bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırır” – Beynəlxalq Atom Enerjisi Agentliyinin bəyanatında qeyd olunub.

Oxşar