Zahesidə Azadlıq N12 binasının yaxınlığında park salınıb

16:27, 11.08.2026

 

Qldani Rayon İcra Hakimiyyəti Zahesidə, Azadlıq küçəsi N12 binanın yaxınlığında təxminən 2 100 kv.m ərazidə park salıb. Ərazidəki qanunsuz çəpərlər sökülüb.

Tbilisi Meriyasının məlumatına əsasən, layihə çərçivəsində uşaq əyləncə zonaları, fitnes sahəsi yaradılıb, küçə işıqlandırma və suvarma sistemləri quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb, rulon şəklində qazon döşənib və ağac-bitkilər əkilib. Bundan başqa, park üçün zəruri olan infrastruktur quraşdırılacaq. Bununla yanaşı, parkın yaxınlığında yol işləri də görülür.

Layihənin həyata keçirilməsi üçün yerli büdcədən 339 400 lari xərclənib.

Qldani rayonunun icra başçısı Besik Kaladze Sakrebulonun majoritar deputatı Şalva Oqbadzie ilə birlikdə görülən işlərlə yerində tanış olub.

Oxşar