Zahesi-Rustavi istiqamətində hərəkət qismən məhdudlaşdırılır
Zahesi-Rustavi istiqamətində hərəkət qismən məhdudlaşdırılır

 

Zahesi-Rustavi istiqamətində hərəkət qismən məhdudlaşdırılır – bu haqda Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

“Beynəlxalq əhəmiyyətli Tbilisinin dolama avtomobil yolunun 34-cü km-dəki dəmir yolu ötürücüsünün körpü keçidində zədələnmiş asfalt-beton örtüyünün bərpası işləri aparılır. Bununla əlaqədar olaraq, Zahesi-Rustavi istiqamətində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilir. Digər növ avtonəqliyyat vasitələri qismən məhdudiyyətlə hərəkət edəcəklər” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.