Zaal Udumaşvili – yerli özünüidarəetmə seçkilərindən sonra ona nail olmalıyıq ki, vaxtından əvvəl seçkilər təyin olunacaq və hakimiyyət dəyişəcək

23:26, 15.08.2021

Əminəm ki, birizim birliyimizlə, əhalimiz ilə birlikdə mütləq qələbəyə nail olacağıq, – bu barədə “Milli Hərəkatın” Msxeta merliyinə namizəd, Zaal Udumaşvili partiya ofisində namizədlərin adlandırılmasından sonra bəyan etdi.

“Yalnız müxalifət spektri deyil, bütün Gürcüstan əhalisinin əksəriyyəti razılaşır ki, bəli, bu seçkilər ölkəmizin sabahkı günün, ölkəmizin gələcəyini müəyyənləşdirir. Bəli, yerli özünüidarəetmə seçkilərindən sonra ona nail olmalıyıq ki, vaxtından əvvəl seçkilər təyin olunacaq və hakimiyyət dəyişəcək. Əminəm ki, birizim birliyimizlə, əhalimiz ilə birlikdə mütləq qələbəyə nail olacağıq. Mənim üçün böyük hörmətdir ki, Msxeta merliyinə namizəd olum, bizim tarixi şəhərimizin. Təbiidir ki, mən sabahdan praktiki olaraq artıq Mxsetaya köçürəm və bu müddət ərzində orada olacam. Maksimal olaraq hamı ilə görüşəcəm, hamının problemləri ilə tanıç olacam və ondan başqa ki, Msxetalılar ilə Msxeta və həndəvəri problemləri barəsində müzakirə edəcəyik, eləcə də sözsüz ki, ölkənin sabahkı günü barəsində müzakirə aparacağıq. Hər şey həll olunasıdır”, – Zaal Udumaşvili bəyan etdilər.

 

Oxşar