Zaal Udumaşvili - Nika Meliya həbsxananı tərk etməmiş razılaşmanı müzakirə etmirik, bu bizim Şarl Mişel qarşısında təqdim olunacağımız əsas mövqeyimizdir
Zaal Udumaşvili - Nika Meliya həbsxananı tərk etməmiş razılaşmanı müzakirə etmirik, bu bizim Şarl Mişel qarşısında təqdim olunacağımız əsas mövqeyimizdir

Çox əhəmiyyətlidir ki, Şarl Mişel Gürcüstana gəlir və imza atıb və ya atmayan bütün müxalif partiyaların mövqeyi ilə şəxsən tanış olacaq. Bu görüşə təbiidir ki, gedəcəyik və mövqemizi təqdim edəcəyik, – bu barədə “Milli hərəkatın” üzvü, Zaal Udumaşvili bəyan etdi.

Onun dediyinə görə, “Milli Hərəkatın” sədrinin həbsxanada olduğu bir zaman, partiyada heç cür razılaşmanı müzakirə etmirlər.

Çox əhəmiyyətlidir ki, Şarl Mişel Gürcüstana gəlir və imza atıb və ya atmayan bütün müxalif partiyaların mövqeyi ilə şəxsən tanış olacaq. Bu görüşə təbiidir ki, gedəcəyik və mövqemizi təqdim edəcəyik. “Milli Hərəkatın” sədrinin həbsxanada olduğu bir zaman, partiyada heç cür razılaşmanı müzakirə etmirik. Bunun müzakirəsi yalnız Nika Meliyanın azad olunmasından sonra baş verəcək və bu bizim Şarl Mişel qarşısında təqdim olunacağımız əsas mövqeyimizdir”, – Zaal Udumaşvili bəyan etdi.

Dünən Orbelianilər Sarayında Şarl Mişel tərəfindən partiyalar üçün təqdim olunan sənəd “Gürcüstan tərəqqi yolu” sənədinin imzalanması baş tutdu.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.