Zaal Udumaşvili – mövcud kovid-vəziyyət üzrə məsuliyyəti yalnız Tikaradze deyil, hakimiyyət, o cümlədən baş nazir daşımalıdır

10:35, 10.12.2021

Mövcud kovid-vəziyyət üzrə məsuliyyəti yalnız Tikaradze deyil, hakimiyyət, o cümlədən baş nazir daşımalıdır, – bu barədə “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi, Zaal Udumaşvili Səhiyyə naziri, Ekaterine Tikaradzenin istefasını dəyərləndirərkən bəyan etdi.

“Hakim komandanın səhnə arxasında nələrin baş verdiyini və Tikaradzenin vəzifəsindən nəyə görə getməsini başa düşmək çətindir, lakin faktdır ki, uzun müddətdir “Gürcü Arzusunun” müxtəlif şaxələri arasında qarşıdurma var.

Məlumat yayılırdı ki, Tikaradze-Ğaribaşvili arasında yaxşı münasibətlər yoxdur, bunun səbəbləri barəsində özləri danışsalar daha yaxşı olar. Faktdır ki, ölkədə kovid-vəziyyət çox ağırdır, nəticələr də çox ağırdır.

Hakimiyyət pandemiya dövründə öz siyasi məqsədlərindən irəli gələrək hərəkət edir və onu nəzərə almayaraq ki, pandemiyanın idarəsi üçün daha yaxı nə idi. Mövcud kovid-vəziyyət üzrə məsuliyyəti yalnız Tikaradze deyil, hakimiyyət, o cümlədən baş nazir daşımalıdır”, – Udumaşvili bəyan etdi.

 

Oxşar