Yuta Veli Universitetinin tədbirində atəş açılan mühafizəkar şərhçi Çarli Kirk həlak oldu - Məlumatı Donald Tramp yayır
Yuta Veli Universitetinin tədbirində atəş açılan mühafizəkar şərhçi Çarli Kirk həlak oldu - Məlumatı Donald Tramp yayır

 

Yuta Veli Universitetinin tədbirində atəş açılan mühafizəkar şərhçi Çarli Kirk həlak oldu – bu barədə ABŞ Prezidenti Donald Tramp yazır.

“Böyük və hətta əfsanəvi Çarli Kirk dünyasını dəyişdi. Amerika Birləşmiş Ştatlarının gəncliyini Çarli kimi heç kim başa düşmürdü və heç kimin Çarli kimi qəlbi yox idi. O, hər kəs tərəfindən sevilirdi və hər kəs tərəfindən qiymətləndirilirdi, xüsusilə də mənim tərəfimdən və indi o, artıq bizimlə deyil. Onun gözəl həyat yoldaşı Erikaya və ailəsinə Melanianın və mənim səmimi başsağlığımı çatdırıram. Çarli, biz səni sevirik!” – Tramp yazır.