Yuta Ştatının İctimai Təhlükəsizlik Departamenti - Çarli Kirkin qətlində şübhəli bilinən şəxsi hələ də axtarırlar
Yuta Ştatının İctimai Təhlükəsizlik Departamenti - Çarli Kirkin qətlində şübhəli bilinən şəxsi hələ də axtarırlar

 

Mühafizəkar şərhçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsi hələ də axtarırlar.

Yuta Ştatının İctimai Təhlükəsizlik Departamenti Kirkin qətlində şübhəli hesab edilən iki nəfərin daha sonra sərbəst buraxıldığını, çünki onların heç birinin atışma ilə əlaqəsi olmadığını açıqlayıb.

“Atəş açan şəxsin axtarışı davam edir” – bəyanatda qeyd olunub.

Bundan əvvəl Federal Təhqiqat Bürosunun rəhbəri Kaş Patel sosial şəbəkədə Kirkin qətlində şübhəli bilinən şəxsi saxladıqlarını yazmışdı.