Yuri Uşakov - Trampla telefon danışığı zamanı Putin Moskvanın öz məqsədlərindən imtina etməyəcəyini deyib, bu isə münaqişənin köklü səbəblərini aradan qaldırmağı nəzərdə tutur
Yuri Uşakov - Trampla telefon danışığı zamanı Putin Moskvanın öz məqsədlərindən imtina etməyəcəyini deyib, bu isə münaqişənin köklü səbəblərini aradan qaldırmağı nəzərdə tutur

 

Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı zamanı Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini yenidən irəli sürüb – bu barədə mediaya Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov həmçinin söhbət zamanı ABŞ tərəfindən Kiyevə silah tədarükünün dayandırılması məsələsinin müzakirə olunmadığını bildirib.

Bundan başqa, Uşakovun məlumatına əsasən, İstanbulda danışıqlar Rusiya və Ukrayna arasında ikitərəfli format olaraq qalacaq.

Yuri Uşakovun dediyi kimi, Rusiyanın lideri Donald Trampla söhbətində Yaxın Şərqdə vəziyyətin siyasi və diplomatik vasitələrlə tənzimlənməsinin əhəmiyyətini vurğulayıb.

Rusiya Prezidentinin köməkçisinin qeyd etdiyi kimi, Vladimer Putin Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib və Rusiyanın Amerika dövlətçiliyinin formalaşmasına töhfəsini qeyd edib.

“Qeyd olundu ki, ölkələrimizi təkcə Birinci və İkinci Dünya müharibələrində müttəfiqlik deyil, həm də daha dərin tarixi köklər bağlayır” – Uşakov deyib.

O, Vladimer Putinin həmçinin Rusiya tərəfinin Kiyevlə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu dediyini söyləyib.

Bununla yanaşı, Uşakovun verdiyi məlumata əsasən, Rusiya Prezidenti Moskvanın öz məqsədlərindən imtina etməyəcəyini deyib, bu isə münaqişənin köklü səbəblərini aradan qaldırmağı nəzərdə tutur

Uşakovun qeyd etdiyi kimi, ABŞ və Rusiya prezidentlərinin telefon danışığı demək olar ki bir saat davam edib.