Yuri Uşakov - Rusiya və ABŞ yaxın günlərdə Vladimer Putin və Donald Trampın görüşü barədə razılaşıblar
Rusiya və ABŞ yaxın günlərdə Vladimer Putin və Donald Trampın görüşü barədə razılaşıblar. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, konkret olaraq, prezident Vladimer Putin və prezident Donald Tramp arasında görüşün keçirilməsi barədə prinsipial razılıq əldə olunub” – Uşakov qeyd edib.
Rusiya Prezidentinin köməkçisinin bəyanatına əsasən, tərəflər zirvə görüşü üzərində işə başlayıblar, gələn həftə isə istinad nöqtəsi olaraq müəyyən edilib, lakin hazırlığın neçə gün çəkəcəyini demək hələ də çətindir.
Yuri Uşakov görüşün yerinin razılaşdırıldığını və daha sonra açıqlanacağını bildirib.
Uşakov həmçinin qeyd edib ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkof Putin, Tramp və Zelenski arasında üçtərəfli görüş ideyasını irəli sürüb, lakin Moskva bu məsələni şərhsiz qoyub.