Yunanıstanın Santorini adasında 5,2 bal gücündə zəlzələ baş verib, bu adada son bir həftə ərzində baş verən ən güclü zəlzələdir

14:40, 06.02.2025

 
Yunanıstanın Santorini adasında 5,2 bal gücündə zəlzələ baş verib. Yunanıstan mediasının məlumatına əsasən, bu, bir həftə əvvəl silsilə zəlzələlərin başlamasından bəri ən güclü təkan olub. Zəlzələ yerli vaxtla saat 21:10-da baş verib.

Bundan əvvəl, adada gündüz saatlarında ortalama 4 bal gücündə 20-dən çox zəlzələ baş verib. Yayılmış məlumata əsasən, günortadan sonra cəmi 20 dəqiqə ərzində maqnitudası 4 ilə 4,8 arasında dəyişən səkkiz zəlzələ baş verib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis son dərəcə mürəkkəb geoloji hadisədən danışıb və qeyd edib ki, bu gün dünənkindən daha optimist əhval-ruhiyyə hökm sürür.

Son bir həftə ərzində Santorinidə 300-dən çox zəlzələ baş verib. Doqquz mindən çox insan təhlükə səbəbindən adanı tərk edib.

Oxşar