Yunanıstanın Saloniki şəhərində iğtişaş zamanı polis 18 nəfəri saxladı
Yunanıstanın Saloniki şəhərində iğtişaş zamanı polis 18 nəfəri saxlayıb.
Yayılan məlumata görə, gecə gec saatlarda konsertdən çıxan gənclər qrupunun Türkiyə konsulluğunun mühafizəçilərinə hücum etməsi ilə insident başlamış və qarşıdurma toqquşmaya çevrilmişdir.
Hadisə zamanı altı avtomobilə ziyan dəyib, onlardan ikisi tamamilə yanıb. Həmçinin bir zibil qutusu da yandırılıb.