Yunanıstanın Lesbos adasında miqrantların qayığının batması nəticəsində dörd nəfər həyatını itirib
Yunanıstanın Lesbos adasında miqrantların qayığının batması nəticəsində dörd nəfər həyatını itirib

 

Yunanıstanın Lesbos adasında miqrantların qayığının batması nəticəsində dörd nəfər həyatını itirib.

Yunanıstanın Sahil Mühafizəsi dənizdən yeddi miqrantı xilas edə bildiklərini açıqlayıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir, çünki qayıqda neçə nəfərin olduğu bilinmir.

Mövcud məlumatlara əsasən, xilas edilənlər sudanlıdırlar.

Oktyabrda Lesbos sahilləri yaxınlığında miqrantların qayığı artıq ikinci dəfədir batır. Oktyabrın əvvəlində oxşar hadisədə dörd miqrant həlak olub.