Yunanıstanın cənubunda, miqrant gəmisinin batması nəticəsində azı 79 nəfər öldü
Yunanıstanın cənubunda, miqrant gəmisinin batması nəticəsində azı 79 nəfər öldü. Məlumatı “BBC” yayır.
Xilasedicilər 100-dən artıq insanı xilas edə bildilər. Lakin, göyərtədə olanların dediyinə görə, gəmidə azından 500-700 insan var idi.
Səhiyyə idarəsində bəyan edirlər ki, göyərtədə olan insanların sayı gəmi üçün icazə verilən tutumdan çox idi.
Gəmi Libiyadan üzürdü, göyərtədə olanların əksəriyyəti gənc kişi idi. Ölənlərin hansı ölkənin vətəndşları olduğu hələlik məlum deyil. Xilas olanları Kalamata şəhərinə apardılar və əksəriyyətini xəstəxanaya yerləşdirdilər.
Baş verənlərlə balı Yunanıstan hakimiyyəti ölkədə üçgünlük matəm elan etdi.