Yunanıstanın baş naziri Türkiyə prezidenti ilə görüşdən sonra bəyan etdi ki, iki ölkə münasibətləri yeniləməyə hazırdır
Iki ölkə münasibətləri yeniləməyə hazırdır, – bu barədə Yunanıstanın baş naziri, Kiriakos Mitsotakis NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bəyan etdi.
Mitsotakis Vilnüsdə Ərdoğanla bir saatlıq görüş keçirdi, bundan sonra jurnalistlərə açıqlamasında diplomatik təmasları davam etdirmək barədə razılığa gəldiklərini bildirdi.
“Problemlərimiz sehrli çubuqla həll edilmədi. Lakin bugünkü görüş mənim və prezident Ərdoğanın Yunanıstan-Türkiyə münasibətlərini yeniləmək niyyətini təsdiqlədi”, – Mitsotakis bəyan etdi.
Yunanıstanın baş nazirinin sözlərinə görə, hökumət üzvləri yay bitdikdən sonra Yunanıstanın şimalındakı Saloniki şəhərində görüşməlidirlər.