Yunanıstanda tətil səbəbindən nəqliyyatın hərəkəti dayanıb
Yunanıstanda elan edilən bir günlük tətil səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Ölkənin ən böyük həmkarlar ittifaqı yaşayış xərclərinin artması fonunda maaşların artırılmasını tələb edir.
Bir günlük tətil səbəbindən ölkədə bərə və dəmir yolu hərəkəti dayanıb, reyslər ləğv edilib. Afinada metro və avtobuslar fəaliyyətini dayandırıb.
Aprelin 1-dən Yunanıstan hakimiyyəti minimum əmək haqqını 880 avroya qədər artırıb və 2027-ci il üçün 950 avroya qədər artırmağı planlaşdırır. Lakin, həmkarlar ittifaqlarında bəyan edirlər ki, ərzaq məhsulları, enerji və yaşayış xərclərinin artması fonunda ailələrin bir hissəsi hələ də dolanmaqda çətinlik çəkir.
“Qiymətlər o qədər artıb ki, 2019-cu illə müqayisədə biz 10% daha az məhsul alırıq. Biz aşkar olan şey üçün tətil edirik. Artırılmış əmək haqqı və kollektiv əmək müqavilələri elə indi!” – bu haqda özəl sektorda iki milyondan çox işçini təmsil edən GSEE həmkarlar ittifaqının bəyanatında deyilir.