Yunanıstanda koronavirusun yayılmasına qarşı tədbirlər sərtləşdiriləcək
Yunanıstanda koronavirusun yayılmasına qarşı tədbirlər sərtləşdiriləcək. “Qardian” yazır ki, ölkə miqyası ilə dörddən artıq insanın toplaşması qadağan ediləcək. Toplantı məhdudiyyətini pozan siyasi partiyalar 5 000 avro, toplantının təşkilatçıları 3 000 avro, iştirakçılar isə, 300 avro ilə cərimələnəcəklər.
Pandemiyanın başlamasından bu günə qədər, Yunanıstanda koronavirusun 72 510 halı aşkar edilib, 1 035 pasiyent vəfat edib.