Yunanıstanda ikinci gündür meşə yanğını ilə mübarizə aparırlar, minlərlə insan təxliyə edilib
Yunanıstanda ikinci gündür meşə yanğını ilə mübarizə aparırlar, minlərlə insan təxliyə edilib, Bu barədə “Reuters” yazır. Yanğın Patra şəhəri yaxınlığında baş verib, yüksək temperatur və güclü küləyə görə isə o, sürətlə yayılıb.
Yanğının söndürülməsi işlərinə təxminən 5 000 yanğınsöndürən və 33 təyyarə cəlb olunub.
Yanğın nəticəsində evlər, fermalar və zavodlar yanıb. Minlərlə vətəndaş və turist təxliyə edilib. Dəmir yolu hərəkəti dayandırılıb.
Medianın yazdığı kimi, onlarla insan güclü tüstü nəticəsində xəsarət alıb. 13 yanğınsöndürən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“Reuters”in yazdığı kimi, İspaniya, Portuqaliya və Türkiyə son günlər ərzində meşə yanğınları ilə mübarizə aparır. Temperatur isə 40 dərəcədən yuxarı qalxır.