Yunanistanda güclü küləyə görə dörd gəmi batdı
Yunanistanda güclü küləyə görə dörd gəmi batdı

Yunanistanda güclü küləyə görə dörd gəmi batdı.

Bu barədə məlumatı ölkənin sahil müdafiyə xidməti yayır.

Hadisə Saloniki  şəhərinin yanında yerləşən bir neçə limanda baş verdi.

Yerli medyanın məlumatına görə, batan zamanı gəmidə insanlar yox idi.

Bofort şkalasına görə, 10 bal gücündəki küləyə görə, təbii fəlakət zonasında bir neçə avtomagistral bağlandı. Adada qalan insanlar materikə keçə bilmirlər. 

Tinos, Mikonos və Andros adalarındaki məktəblər müvəqqəti olaraq bağlandılar.

Fövqəladə Hallar Xidmətinin nümayəndələri əhaliyə evdən çıxmamaları üçün müraciət edirlər.