Yunanıstanda fermerlər kənd təsərrüfatı yardımının gecikməsinə görə dördüncü həftədir etiraz aksiyası keçirirlər
Yunanıstanda fermerlər kənd təsərrüfatı yardımının gecikməsinə görə dördüncü həftədir etiraz aksiyası keçirirlər

 

Yunanıstanda fermerlər kənd təsərrüfatı yardımının gecikməsinə görə dördüncü həftədir etiraz aksiyası keçirirlər. Bütün ölkə miqyasında fermerlər kənd təsərrüfatı yardımının gecikməsinə və artan sahibkarlıq xərclərinə etiraz edirlər.

Nümayişçilər magistral yolları və sərhəd-buraxılış məntəqələrini bağlamaq üçün traktor və yük avtomobillərindən istifadə edirlər.

Ölkədə korrupsiya qalmaqalı ilə bağlı istintaq Avropa İttifaqının subsidiyalarının ödənilməsində gecikməyə səbəb olub. İstintaq çərçivəsində, bəzi fermerlərin dövlət məmurlarının köməyi ilə torpaq mülkiyyəti hüququnu saxtalaşdırdığı müəyyən edilib. Auditə görə sonrakı yardımın ayrılması gecikib.