Yunanıstanda döyüş sursatı ilə dolu Ukraynaya məxsus yük təyyarəsi qəzaya uğradı
Yunanıstanda döyüş sursatı ilə dolu Ukraynaya məxsus yük təyyarəsi qəzaya uğradı. Medianın məlumatına görə, Serbiyadan İordaniyaya uçan yük təyyarəsi qəzaya Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında uğradı.
Medianın məlumatına görə, hadisə yerli vaxtla saat 23:00-da baş verdi. Yunanıstanın Mülki Aviasiya Xidməti təcili eniş üçün icazə tələb edən təyyarənin mühərriklərindən birində problem barədə məlumat aldı. An-12-yə Kavala Aeroportuna eniş təklif olundu, bundan sonra onunla əlaqə kəsildi. Təyyarə Kavaladan 40 kilometr aralıqda qəzaya uğradı. Hadisə yerində yanğın əmələ gəldi və güclü tüstülənmə müşahidə olunduğuna görə, hadisə yerinə gələn yanğınsöndürənlərə tibbi yardım lazım gəldi.
Yerin öyrənilməısi dronlar vasitəsilə baş verir. Hüquqmühafizə orqanlarının əməkdaşları qəzanın baş vermə şəraitini müəyyən etməyə imkan verəcək “qara qutunu” tapmağa ümid edirlər.
Medianın yazdığı kimi, təyyarədə səkkiz-on sərnişin və 12 ton təhlükəli yük, ehtimal ki, mərmi var idi. Mətbuatın yazdığına görə, təyyarə “Meridian2 şirkətinə məxsusdur və əsasən çarter reysləri həyata keçirir. Şirkət müxtəlif, o cümlədən hərbi və ikili təyinatlı yüklərin sürətlə daşınması üçün Birləşmiş Millətlər Təşkilatı və NATO ilə sıx əməkdaşlıq edir.