Yunanıstan polisi banan konteynerlərində 3.2 milyon avro dəyərində kokain aşkar etdi
Yunanıstan polisi banan konteynerlərində 3.2 milyon avro dəyərində kokain aşkar etdi. Bu barədə “Reuters” agentliyi yazır.
Agentliyin məlumatına görə, Şimali Yunanıstanın polisi Poreus limanında iki şübhəli konteyner çıxardı və onları Saloniki limanına çatdırdıqdan sonra 161 kiloqram kokain aşkar etdi.
Yunanıstan polisində bəyan etdilər ki, Yunanıstan və digər Avropa ölkələrində paylanacaq narkotik təxminən 3,2 milyon avro dəyərində idi.
Medianın məlumatına görə, yunan polisi 14 nəfəri yaxalayıb.