Yunanıstan parlamenti xarici özəl universitetlərin Yunanıstanda filial açmasına icazə verməsi ilə bağlı təhsil qanunu qəbul edib

13:32, 09.03.2024

Yunanıstan parlamenti xarici özəl universitetlərin Yunanıstanda filial açmasına icazə verməsi ilə bağlı təhsil qanunu qəbul edib

Qanunu 159 deputat dəstəkləyib, 129 deputat isə əleyhinə olub.

Səsvermə ilə paralel olaraq, Afina küçələrində qanun layihəsinə qarşı çıxanların etiraz aksiyası davam edirdi, aksiya polislə qarşıdurmaya çevrilib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 10 vətəndaş və 7 polis əməkdaşı yaralanıb.

Yunanıstanın sağ mərkəzçi hökuməti islahatın ölkəyə ixtisaslı kadrların qayıtmasına kömək edəcəyini bəyan edir. Müxalifət qanun layihəsinin qəti əleyhinədir və qanun layihəsinin konstitusiyaya zidd olduğunu, tələbələr üçün isə ikipilləli sistem yarada biləcəyini bildirir.

Oxşar