Yunanıstan Parlamenti "Gürcüstan və Yunanıstan arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" razılaşmanı təsdiqləyib
Yunanıstan Parlamenti "Gürcüstan və Yunanıstan arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" razılaşmanı təsdiqləyib

 

2025-ci ilin aprelin 8-də Yunanıstan Parlamentində “Gürcüstan və Yunanıstan Respublikası arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” razılaşma səs çoxluğu ilə təsdiq edilib. Bu haqda məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Yunanıstan Gürcüstanla analoji razılaşma imzalayan üçüncü Avropa İttifaqı ölkəsidir.

Gürcüstanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Levan Beridzenin bəyan etdiyi kimi, Yunanıstan Parlamenti tərəfindən sözügedən razılaşmanın ratifikasiyası ilə Gürcüstan və Yunanıstan arasında fəal qarşılıqlı əməkdaşlıq və sıx əlaqələrin yüksək səviyyəsi bir daha təsdiqləndi.

“Qeyd olunmuş müqaviləyə müvafiq olaraq, qarşılıqlı tanıma əsasında, tərəflər tərəfindən verilmiş etibarlı sürücülük vəsiqələrinin sahiblərinə, nəzəri və ya praktiki imtahan vermədən, həmin vəsiqəni öz qanuni yaşayış yerləri olan dövlətdə eyni qüvvəyə malik sürücülük vəsiqəsi ilə dəyişdirməyə imkan verildi. Bu isə onların yerli cəmiyyətə daha yaxşı inteqrasiyasına kömək edəcək” – səfir bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, müqavilə 2024-cü ilin sentyabrın 26-da Afinada Gürcüstan və Yunanıstan hökumətləri arasında bağlanıb. Daxili dövlət prosedurları başa çatdıqdan sonra Yunanıstanın ali qanunverici orqanı bu gün bu razılaşmanı ratifikasiya edib. Ratifikasiya barədə gürcü tərəfinə rəsmi kanallar vasitəsilə məlumat verildikdən sonra o qüvvəyə minəcək.