Yunanıstan Konsulluqları Rusiya vətəndaşlarının viza ərizələrinin qəbulunu dayandırdılar
Yunanıstan Konsulluqları Rusiya vətəndaşlarının viza ərizələrinin qəbulunu dayandırdılar

Yunanıstanın Moskva, Sankt-Peterburq və Novorossiyskdəki Konsulluqları Rusiya vətəndaşlarının viza ərizələrinin qəbulunu dayandırdılar. Buna səbəb olaraq texniki problemləri göstərirlər, lakin vizaların verilməsi prosesinin bərpası müddətlərini demirlər.

Medianın yazıdğına görə, Konsulluqlarda izah edirlər ki, viza mərkəzləri məsləhətləşmələr üçün açıqdır və iyunun 24-dək daxil olan müraciətlər əsasında pasportların verilməsi davam edəcək.

Qeyd oluansıdır ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Yunanıstanda Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik və onlara qarşı təcavüz barədə məlumat aldığı üçün Yunanıstanın Rusiya vətəndaşlarının istirahəti üçün artıq təhlükəsiz olmadığını bəyan etmişdi.