Yunanıstan Avropa İttifaqının gücləndirilmiş iqtisadi nəzarət sistemindən çıxdı

11:09, 21.08.2022

Yunanıstan, 12 ildən sonra Avropa İttifaqının gücləndirilmiş iqtisadi nəzarət sistemindən çıxdı. Məlumatı “Deutsche Welle” agentliyi yayır.

“Bu, Yunanıstan və bütün yunanlar üçün tarixi bir gündür”, – Yunanıstanın baş naziri, Kiriakos Mitsotakis bəyan etdi.

Baş nazir xüsusilə qeyd etdi ki, Avropa İttifaqının nəzarəti olmadan belə, Yunanıstanda son illərdə ağır maliyyə böhranına səbəb olan səhvlər heç bir halda təkrarlanmamalıdır.

Elə onun dediyinə görə, Bir tərəfdən maaşların artması, vergilərin azalması olacaq, digər tərəfdən bu, maliyyə sabitliyinin qorunması səylərinə mane olmamalıdır.

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni də Yunanıstanın Avropa İttifaqının gücləndirilmiş nəzarətindən çıxmasını alqışlayır. Onun sözlərinə görə, Yunanıstan uzun və şanlı tarixində çətin bir səhifəni bağlayır.

Medianın yazdığına görə, Yunanıstanda iqtisadi böhran 2009-cu ildə başladı. Ölkə xarici borc böhranı və kreditorların təzyiqləri səbəbindən qənaət tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu dövrdə yunanlar gəlirlərinin təxminən 25 faizini itirdilər.

Oxşar