Yunan-Roma güləşi - İspaniya Qran Prisində gürcülərin altı qızıl medalı
Madriddə keçirilən beynəlxalq turnirdə Gürcüstanın yunan-Roma güləşçiləri İspaniya Qran Prisində altı çəki dərəcəsində qızıl medal qazanaraq 19 ölkənin komandası arasında birinci yeri tutdular.
Çempionlar: Nuqzar Tsurtsumiya (60 kq), Fridon Abuladze (63 kq), Leri Abuladze (67 kq), Ramaz Zoidze (72 kq), Yuri Lomadze (77 kq) və Zviad Pataridze (130 kq) oldular.
Luka Oçiqava (67 kq), Şmaqi Bolkvadze (77 kq) və Gela Bolkvadze (82 kq) gümüş medal qazandılar.