Yunan qırıcı təyyarələri ölkənin hava məkanına daxil olan türk dronunu vurublar

18:22, 28.08.2026

 

Egey dənizinin şimal-şərq hissəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Yunanıstanın hava məkanına daxil olub.

Yunan mediasının məlumatına əsasən, dron Samotrake və Lemnos adaları arasındakı dəniz ərazisində ölkənin milli hava məkanını pozub, bundan sonra yunan qırıcı təyyarələri dronu “F-16” ilə vurub.

Onların məlumatına əsasən, türk dronu Yunanıstandakı Aleksandropolis Hava Limanının uçuş-enmə zolağına “Aegean” şirkətinə məxsus sərnişin təyyarəsinin qalxmağa çalışdığı an yaxınlaşıb.

Medianın məlumatına əsasən, təhlükəsizlik məqsədilə təyyarəyə uçuş marşrutunu dəyişmək və ərazidən çıxanadək aşağı hündürlüyü saxlamaq təlimatı verilib.

Oxşar