Yuliya Sviridenko - Avropa İttifaqına üzv ölkələrin səfirlərini hökumətin antikorrupsiya siyasətinin effektivliyini yaxşılaşdırmağa yönəlmiş yeni addımları barədə məlumatlandırdıq
Ukrayna tərəfindən korrupsiya ilə mübarizə cəhdləri haqda danışmaq üçün ölkənin baş naziri Yuliya Sviridenko Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşüb.
Sviridenko, Ukrayna hökumətinin icraedici hakimiyyətdə şəffaflığı təmin etmək üçün antikorrupsiya institutları ilə tam əməkdaşlığa və iştirakçılığa sadiq olduğunu bildirib.
“Avropa İttifaqına üzv ölkələrin səfirlərini hökumətin energetika sektorunda təmizliyə və antikorrupsiya siyasətinin effektivliyini yaxşılaşdırmağa yönəlmiş yeni addımları barədə məlumatlandırdıq.
Tərəfdaşlarımızı prosesə qoşulmağa və əvvəlcə “Energoatom” Müşahidə Şurasına namizədlər üçün təkliflər təqdim etməyə çağırdıq. Sonrakı mərhələ dövlətə məxsus energetika şirkətlərinin müşahidə şuralarının auditi və yenilənməsidir” – Ukrayna hökumətinin rəhbəri sosial şəbəkədə yazır.