Yüksək temperatur fonunda Gürcüstanda avqustun 11-dək şimşəyin müşaiyəti ilə yağış, güclü qərb küləyi və dolu gözlənilir
Yüksək temperatur fonunda Gürcüstanda avqustun 11-dək şimşəyin müşaiyəti ilə yağış, güclü qərb küləyi və dolu gözlənilir

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, avqustun 8-i günün ikinci yarısından avqustun 11-dək Gürcüstanda yüksək temperatur fonunda şimşəyin müşaiyəti ilə yağış, bəzi yerlərdə güclü qərb küləyi gözlənilir, dolu yağa bilər.

Sinoptiklər dənizdə 3-4 ballıq fırtına dalğasının gözlənildiyi haqda məlumat verirlər.

“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun. Orta təhlükə dərəcəsi” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.