2020-ci ilə nisbətən 2021-ci ildə Birinci Kanal Youtube kanallarının baxılma statistikası artmaqdadır.
Baxılan videoların ümumi sayı 13% artaraq 111,5 milyondan çox, videoya baxılma müddəti isə 37% artaraq 12 milyon saatdan çox olub.
Gürcüstanın Birinci Kanalının öz məhsulunu müxtəlif platformalar vasitəsilə auditoriyaya çatdırması strateji əhəmiyyət kəsb edir, bunun üçün yeni media orqanlarından fəal istifadə edir. Araşdırmalara görə, onlayn media xəbəri yaymaq üçün ən yaxşı vasitədir.
Auditoriyanın 68,4 faizi üçün ölkədə baş verən hadisələrlə bağlı birinci və ya ikinci informasiya mənbəyi internetdir. Onların 62,7 faizi məlumatı əsasən sosial şəbəkələrdən alır.
İctimai yayımçı hadisələrin episentrindən sürətli və operativ reaksiya əsasında yeni texnologiya platformalarına getdikcə daha çox resurs yatırmağı planlaşdırır. Onlayn platformaları (Vod, SVOD) daha da inkişaf etdirəcək və hələ də ümumi əlçanalığın qayğısına qalacaq.