Yolun təmiri səbəbindən Zğvisubanidə, Boteraşvili küçəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb
Yolun təmiri səbəbindən Zğvisubanidə, Boteraşvili küçəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb

 

Nadzaladevi rayonunda Boteraşvili küçəsində yol-təmiri işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Tbilisi Meriyasının məlumatına əsasən, işlər başa çatana qədər Romelaşvili küçəsindən 154 saylı ictimai məktəbə qədər olan yol hissəsində ikitərəfli məhdudiyyət qüvvədə olacaq.

Məhdudiyyət dövründə ictimai nəqliyyat, xüsusilə N317, N386, N375 avtobusları və N510 mikroavtobusu Abaisa və Romelaşvili küçələrindən keçməklə hərəkət edəcək.

“Hazırda Boteraşvili küçəsində zədələnmiş ərazidə yeraltı kommunikasiya xətlərinin təmiri üzərində “Georgian Water and Power” şirkəti işləyir, eləcə də qaz kəməri şəbəkəsinin bərpası işlərini MMC “Tbilisi Energy” həyata keçirəcək. Yeraltı işlər başa çatdıqdan sonra Nadzaladevi Rayonunun İcra Hakimiyyəti asfalt örtüyünün çəkilməsini təmin edəcək. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – məlumatda deyilir.