Yol Departamentindən verilən məlumata görə, Rikoti hissəsində nəqliyyatın hərəkəti bərpa edilib
Rikoti hissəsində nəqliyyatın hərəkəti bərpa edilib, Yollar İdarəsi bildirib.
Agentliyin məlumatına görə, Rikotiyə dəyən qar uçqunundan yolun təmizlənməsi üzrə işlər yekunlaşıb.
“Rikoti hissəsinin 141-ci km-də yolun uçqundan təmizlənməsi işləri yekunlaşıb və avtomobillərin hərəkəti tam bərpa olunub. Uçqun nəticəsində xəsarət alan olmayıb. Güclü qar yağması ilə əlaqədar xüsusi texnika Rikoti magistralının bütün hissəsində yol təmizləmə işlərini fasiləsiz rejimdə davam etdirir. – Məlumatda deyilir.