Yohan Vadepul – ABŞ və İran arasında dolayı təmaslar artıq baş tutub, birbaşa görüş üçün hazırlıq aparılır
Yohan Vadepul – ABŞ və İran arasında dolayı təmaslar artıq baş tutub, birbaşa görüş üçün hazırlıq aparılır

Almaniyanın Xarici İşlər naziri Yohan Vadepul bildirib ki, ABŞ və İran arasında dolayı təmaslar artıq baş tutub.

Vadepulun açıqlamasına görə, hər iki tərəfin nümayəndələri tezliklə Pakistanla görüş planlaşdırırlar.

‘Məlumatım var ki, dolayı təmas baş tutub və birbaşa görüş üçün hazırlıq aparılır. Bu görüş yaxın vaxtlarda Pakistanda keçiriləcək’, – deyə Almaniyanın Xarici İşlər naziri bildirib.

Qeyd edək ki, əvvəlcə Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İslamabad İran, ABŞ və İsrail arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.