Yoav Qalant bildirir ki, İsrail İrana çox tezliklə cavab verəcək, cavab isə dəqiq və ölümcül olacaq
İsrail İrana çox tezliklə cavab verəcək, bu cavab isə dəqiq və ölümcül olacaq – bu haqda İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Qalant girovların ailə üzvləri ilə görüşdə İsrail tərəfdən İranın hücumuna cavab zərbəsindən danışıb və bunun tezliklə baş verəcəyini qeyd edib.
“Bu, dəqiq və ölümcül cavab olacaq” – Qalant bildirib.
Məlumat üçün bildirək ki, iki həftə əvvəl İran İsrail istiqamətində 200-ə yaxın raket atıb. Hərbi obyektlərlə birlikdə, mülki infrastrukturun bir hissəsi də kütləvi hücumların hədəfinə çevrilib.