Yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmək ittihamı ilə bir nəfər saxlanılıb
Yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmək ittihamı ilə bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları 1995-ci il təvəllüdlü B.B.-ni yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş əxlaqsız hərəkətlər ittihamı ilə saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qonşuluqda yaşayan – 2015-ci il təvəllüdlü azyaşlıya sistematik olaraq seksual xarakterli qısa mətn mesajları göndərib. B.B. onu eyni məzmunlu fotoşəkil göndərməyə razı salıb. İş materialları ilə həmçinin müəyyən olunur ki, təqsirləndirilən şəxs qıza cinsi əlaqə təklif edib.

Keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları B.B.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. Maddi sübut kimi təqsirləndirilən şəxsin mobil telefonu götürülüb, həmin telefon vasitəsilə o, azyaşlıya seksual xarakterli mesajlar göndərib”, – deyə DİN-dən bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır, bu maddə doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.