Yerusəlimdə, Sinaqoq yaxınlığında atışma nəticəsində azı yeddi nəfər həlak olub
Şərqi Yerusəlimdə Sinaqoq yaxınlığında atışma nəticəsində azı yeddi nəfər qətlə yetirilib, üç yaralının vəziyyəti isə, ağırdır.
İsrail Polisi baş verənləri terror hücumu kimi qiymətləndirir. Hüquqmühafizəçilərin məlumatına görə, hücumçu “neytrallaşdrılıb”.
Bununla yanaşı, yerli medianın məlumatına görə, hücumda şübhəli bilinəni polis öldürdü, hadisə yerindən qaçıb gizlənməyə çalışarkən.
Polisdə bəyan etdiklərinə görə, hücumçu şərqi Yerusəlim sakini idi.
Baş verənləri ABŞ qınadı.
“Biz bu aydın terror hücumunu şiddətlə tənqid edirik. Bizim İsrail təjlükəsizliyinə dəstəyimiz sarsılmaz qalır”, – Dövlət Departamentinin nümayəndəsinin bəyanatında deyilir.