Yerusəlim yaxınlığında yanğınla əlaqədar 18 nəfəri saxlayıblar
Yerusəlim yaxınlığında yanğınla əlaqədar 18 nəfəri saxlayıblar. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Netanyahu onlardan birinin od vurarkən saxlanıldığını bildirib.
“Biz yanğını söndürmək və məhv olmuş obyektləri bərpa etmək üçün hər şeyi edirik” – İsrail hökumətinin rəhbəri bildirib.
Yanğınsöndürmə-xilasetmə xidmətində irimiqyaslı yanğına nəyin səbəb olmasının hələlik bilinmədiyini deyirlər.
İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, İsrailə yardım göstərmək istəyini ifadə edən bir neçə ölkənin yanğınsöndürən təyyarələri yaxın saatlarda Hatsor Hava Bazasına eniş edəcək. İsrail mediasına əsasən, yanğın nəticəsində Yerusəlim ətrafında iki min hektar ərazi məhv olub, onların yarıdan çoxu meşə sahəsidir.