Yerli polisin məlumatına əsasən, Hindistanın Əhmədabad şəhərində təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan insanların hamısı həlak olub
Yerli polisin məlumatına əsasən, Hindistanın Əhmədabad şəhərində təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan insanların hamısı həlak olub.
Daha əvvəl ən azı 100 nəfərin ölümü haqda məlumat yayıldı.
Göyərtəsində 242 nəfərin olduğu “Air India” aviaşirkətinin təyyarəsi qərbi Hindistanın şəhərinin hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaşayış rayonunda qəzaya uğrayıb.
Təyyarə Londonun Qetvik Hava Limanına reys həyata keçirirdi. Təyyarənin düşdüyü bina həkimlər üçün hosteldir. Qurbanlar arasında hosteldə olan tibb kollecinin tələbələri də var. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Təyyarənin sərnişinləri arasında 217 böyük və 13 uşaq, o cümlədən iki körpə var. Aviaşirkətin məlumatına əsasən, göyərtədə Hindistanın 169 və Böyük Britaniyanın 53 vətəndaşı olub. Həmçinin sərnişinlər arasında bir kanadalı və yeddi portuqaliyalı var.
Qəzaya uğrayan təyyarə “Boeing 787-8 Dreamliner”dir.
Britaniya hakimiyyətində təyyarə qəzası ilə bağlı faktları müəyyən etmək və zərər çəkənlərə yardım göstərmək üçün Hindistan hakimiyyəti ilə işlədiklərini bildirirlər.