Yerli medianın məlumatına görə, Almaniya Zelimxan Xanqoşvilinin qətlinə görə, Rusiyaya qarşı sanksiyaların tədbiq olunması ilə hədələyir
Almaniya Gürcüstan vətəndaşı, Zelimxan Xanqoşvilinin qətlinə görə, Rusiyaya qarşı sanksiyaların tədbiq olunması ilə hədələyir. Müvafiq bəyanatı Almaniya Xarici İşlər naziri, Heyko Maas verdi.
Almaniya Xarici İşlər naziri durumu həddindən artıq önəmli adlandırdı və bəyan etdi ki, bu iş məhkəmə prosesi zamanı araşdırlmalıdır.
Elə onun dediyinə görə, bu gün Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdılar.
Xatırladaq ki, bu gün Almaniya Federativ Prokurorluğu Gürcüstan vətəndaşı, Zelimxan Xanqoşvilinin qətlinin sifarişində Rusiyanı təqsirləndirdi.