Yerli media Omanda Dukm limanında yanacaq tankerinin dronla bombalanması haqda məlumat verir
Omanda Dukm limanında yanacaq tankerini dronla bombalayıblar. “BBC” bu haqda məlumatı ölkənin dövlət xəbər agentliyinə istinadən yayır.
Media anonim mənbəyə istinadən xəbər verir ki, hücum itki ilə nəticələnməyib.
Həftəsonu da eyni liman dron hücumunun hədəfinə çevrilib, nəticədə bir işçi xəsarət alıb.
Məlumat üçün bildirək ki, Oman ABŞ-İran danışıqlarında əsas vasitəçi idi.