Yerevanda Nikol Paşinyanın tərəfdarlarının yürüşü səhərdən başladı (foto)
Yerevanda Nikol Paşinyanın tərəfdarlarının yürüşü səhərdən başladı (foto)

Yerevanda Nikol Paşinyanın tərəfdarlarının yürüşü başladı.

Paralel olaraq, aksiya iştirakçıları Respublika Meydanına toplaşdılar və Parlamentdə keçirilən iclası xüsusi olaraq quraşdırılmış ekranda izləyirlər.

Tərəfdarların bəyan etdiyinə görə, əgər parlament bu dəfə də Paşinyanı seşməsə, bütün ölkə miqyasında etimadsızlıq aksiyası keçiriləcək.

Ermənistanda bu gün yeni baş naziri seçəcəklər. Səsvermə parlamentdə keçirilir. Vəzifəyə Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Nikol Paşinyana baş nazir seçilməsi üçün 105-dən 53 deputatın dəstəyi lazımdır. Əgər Paşinyanı bu dəfə də dəstəkləməsələr, ölkədə vaxtından əvvəl parlament seçkiləri təyin ediləcək.