Yerevanda etiraz aksiyaları davam edir, Təhlükəsizlik Xidmətində bəyan edirlər ki, mitinqçilər Ermənistan qanunvericilik orqanına hücum planlaşdırırlar
Yerevanda etiraz aksiyaları davam edir, Təhlükəsizlik Xidmətində bəyan edirlər ki, mitinqçilər Ermənistan qanunvericilik orqanına hücum planlaşdırırlar

Ermənistan paytaxtında etirazçıların bir hissəsini həbs etdilər. Yerli medianın məlumatına görə, Yerevanın Respublika Meydanına toplaşan etirazçılar ölkənin baş naziri, Nikol Paşinyanın həbsini tələb edirdilər.

Bir neçə fəal həbs edilib, onları polis bölməsinə apardılar.

Yerevanda etiraz aksiyaları bu gün səhər saatlarından davam edir. Bir neçə küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmşdı. Daha sonra polis magistrallarda nəqliyyatın hərəkətinin bərpa olunduğunu bəyan etdi.

Eyni zamanda, erməni mətbuatında məlumat yayılır ki, etirazçılar Ermənistan qanunverici orqanına getməyi planlaşdırırlar.

Ermənistan Təhlükəsizlik Xidməti bəyanat yayaraq təxribat planlaşdırıldığını və etirazçıların Milli Məclisin binasına basqın etməsi təhlükəsinin olduğunu bildirir. Təhlükəsizlik xXdməti aksiyanın təşkilatçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırır, əks halda qanun qarşısında cavab verəcəklər.