Yerevanda CBD COP17 çərçivəsində Gürcüstanın biomüxtəlifliyinin qorunması məsələlərinə dair tədbir keçirilib

17:42, 29.10.2026

 

Ermənistanın paytaxtı Yerevanda, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransı (COP17) çərçivəsində “Qlobal Biomüxtəliflik Çərçivəsinin həyata keçirilməsində Gürcüstanda mülki cəmiyyətin rolu” mövzusunda tədbir keçirilib.

Panel müzakirəsi “Gürcüstanın Yaşıllar Hərəkatı / Yer Üzünün Dostları — Gürcüstan” tərəfindən Gürcüstanın ətraf mühit təşkilatları ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdu.

“Gürcüstanın Yaşıllar Hərəkatı / Yer Üzünün Dostları — Gürcüstan”ın məlumatına əsasən, müzakirə çərçivəsində iştirakçılar Gürcüstanda biomüxtəlifliyin qorunmasının müxtəlif mühüm istiqamətlərini, o cümlədən mühafizə olunan ərazilərin idarə edilməsi, ətraf mühitlə bağlı qərarların qəbulu prosesində ictimaiyyətin iştirakı, bataqlıq ərazilərin qorunması, otlaq sahələrinin dayanıqlı idarə olunması və biotəhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Tədbirin məqsədi Gürcüstanın ətraf mühit təşkilatlarının təcrübəsini bölüşmək və mülki cəmiyyətin biomüxtəlifliyin qorunmasına və Qlobal Biomüxtəliflik Çərçivəsinin həyata keçirilməsinə dəstək verə biləcəyi imkanları nümayiş etdirmək idi.

Görüşdə ətraf mühit məsələlərində əməkdaşlığın, ictimaiyyətin fəal iştirakının və təbii ekosistemlərin qorunub saxlanılması və biomüxtəlifliyin mühafizəsi işində mülki təşkilatların rolunun əhəmiyyəti vurğulanıb.

Oxşar