Yerevanda baş verən partlayış nəticəsində azı bir nəfər öldü, 20 nəfər xəsarət aldı
Yerevanda ticarət mərkəzində baş verən partlayış nəticəsində azı bir nəfər öldü, 20 nəfər xəsarət aldı. Məlumatı Ermənistanın Fövqəladə Hallar Xidməti yayır.
Yayılan məlumata görə, partlayış ticarət mərkəzinin pirotexniki vasitələrin saxlandığı hissəsində baş verdi.
Fövqəladə Hallar Xidmətininməlumatına görə, ticarət mərkəzində yanğın var və binada daha xəsarət alanlar ola bilər. Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər səfərbər olunublar.