Yerevan ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 34-ə çatdı

17:48, 14.08.2022

Yerevan ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 34-ə çatdı. Onlar arasında reanimasiya şöbəsinə yerləşdirilən beş yaşlı qız uşağı da var. Lakin onun həyatı təhlükədə deyil.

Rəsmi olaraq bu mərhələdə bir nəfərin ölümü təsdiqlənib. O, 45 yaşınadək olan kişidir.

Ermənistanın paytaxtında yerləşən “Sumarlu” ticarət mərkəzində bu gün günorta saatlarında partlayış baş verdi. İlkin məlumata görə, pirotexniki vasitələr anbarı partladı. Nəticədə yanğın baş verdi və bitişik tikililərə keçdi. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışırlar.

Oxşar