Yerevan-Batumi-Yerevan sərnişin qatarının hərəkəti iyunun 14-dən bərpa olunacaq
Yerevan-Batumi-Yerevan sərnişin qatarının hərəkəti iyunun 14-dən bərpa olunacaq

 

Yerevan-Batumi-Yerevan sərnişin qatarının hərəkəti iyunun 14-dən bərpa olunacaq.

“Gürcüstan Dəmir Yolları” və “Cənubi Qafqaz Dəmir Yolları” arasında müvafiq razılaşma imzalanıb.

Razılıq Yerevanda keçirilən görüşdə əldə olunub və ona əsasən, qonşu ölkələr arasında sərnişin qatarlarının reysləri gün aşırı, Gürcüstanda dəniz kurort mövsümünə uyğun olaraq, oktyabrın 1-nə qədər yerinə yetiriləcək.

Görüşdə tərəflər həmçinin qarşılıqlı əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər.