Yepiskop Cuzepe Pazoto - Ortodoks xristianlar üçün İkinci İlia xüsusilə böyük və yaxşı öndərdir, indi duamızla kömək etməliyik
Ortodoks xristianlar üçün İkinci İlia xüsusilə böyük və yaxşı öndərdir – bu haqda Qafqazın Latın Katoliklərinin apostol administratoru, yepiskop Cuzepe Pazoto Qafqaz Tibb Mərkəzindən çıxdıqdan sonra bildirib.
Pazotonun qeyd etdiyi kimi, 31 ildir Gürcüstanın katolikos-patriarxı İkinci İlia ilə yaxın münasibəti var.
“Mən klinikada idim, çünki bu, Məsihin bu gün burada olduğunun əlaməti idi. Bu günlərdə biz birlikdə, ruhən birlikdə dua edə bilərik. Mən 31 ildir Gürcüstandayam və bu 31 il ərzində onunla əlaqəm olub, deyə bilərəm ki, bəzən ata-oğul münasibəti də olub. Düşünürəm ki, indi biz ona duamızla kömək etməliyik” – Pazoto bildirib.
Bununla yanaşı, yepiskop Cuzepe Pazoto Katolik Kilsəsi adından patriarx üçün dua mərasimində iştirak edib, onun üçün dua edib və Rəbbin iradəsi ilə hər şeyin yaxşı olacağına ümid etdiyini bildirdi.