Yens Stoltenberq - Ukraynanın MAP olmadan mümkün qoşulması ilə bağlı məsləhətləşmələr aparılır, əminəm ki, zirvə görüşündə Ukrayna ilə bağlı güclü mesajımız olacaq
Yens Stoltenberq - Ukraynanın MAP olmadan mümkün qoşulması ilə bağlı məsləhətləşmələr aparılır, əminəm ki, zirvə görüşündə Ukrayna ilə bağlı güclü mesajımız olacaq

 

Ukraynanın Üzvlük Fəaliyyət Planı (MAP) olmadan mümkün qoşulması ilə bağlı məsləhətləşmələr aparılır, yekun qərar qəbul edilməyib, lakin əminəm ki, zirvə görüşündə birlik və Ukrayna ilə bağlı güclü mesajımız olacaq-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Litva Prezidenti Qitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib.

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın “NATO-ya üzv dövlətlər müzakirələr nəticəsində Ukrayna halında MAP-ın verilməsi mərhələsini ləğv etmək barədə razılığa gəliblər və bu, Ukraynanın alyansa dəvətinə aydınlıq gətirmək üçün yaxşı məqamdır. Danışıqlar prosesinin hazırda harada olduğu barədə bizə ətraflı məlumat verə bilərsiniz”-deyə bəyanatı ilə bağlı Yens Stoltenberqə sual ünvanlanıb.

“Osloda nazirlərin qeyri-rəsmi görüşündə mən üç elementdən ibarət paket irəli sürdüm. Birincisi praktiki yardım proqramı, Ukraynanı NATO-ya yaxınlaşdıracaq Ukrayna və NATO qüvvələrinin tam qarşılıqlı fəaliyyətinin olmasına dair idi. İkincisi NATO-Ukrayna Şurasının yaradılması, üçüncü element isə MAP tələbinin götürülməsi idi ki, bu da Ukraynanın üzvlük prosesini iki mərhələli yox, bir mərhələli edəcək. İndi biz bu paketi, bu elementləri nəzərdən keçiririk və konkret bir düstur üzərində razılaşmağa çalışırıq. Mən təfərrüatlara varmayacağam, lakin bu paket ətrafında işləməyimizdən məmnunam. Əminəm ki, liderlər bir araya gələndə ​​yaxşı, müsbət və güclü mesajımız olacaq”-deyə Yens Stoltenberq açıqlayıb.